Əvvəllər "Rosmorreçflot" rəhbərinin müavini vəzifəsində çalışan Boris Taşimov Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini təyin edilib.

"Unikal" xəbər verir ki, müvafiq hökumət sərəncamı hüquqi aktların rəsmi portalında dərc edilib.

Sərəncamda deyilir: "Boris Manaşiroviç Taşimov hazırkı vəzifəsindən azad edilməklə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini təyin edilsin".