18.10.2025-ci il tarixində 1954-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsinə müraciət edib. 

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, pasiyentə sol ayaq barmağının amputasiyası diaqnozu təyin edilib, cərrahi əməliyyat icra olunub. 

O, 20.10.2025-ci il tarixində saat 07:10 radələrində stasionar müalicə aldığı Travmatologiya şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.  Pasiyentə dərhal tibbi yardım göstərilib və ağır dərəcəli kəllə-beyin travması diaqnozu təyin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 09:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

*** 15:23

Gəncədə xəstəxanada ölüm olub.

"Unikal"ın məlumatına görə,  hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Belə ki, xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini 1954-cü il təvəllüdlü Z.Rzayev  ikinci mərtəbədən yerə düşüb. Yaşlı kişi xəstəxananın digər şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Z.Rzayev xəstəxanada müalicə alırmış. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov