Lənkəranda xəndəklər sel suları ilə dolub, həyətyani sahələrə daşıb.
"Unikal" xəbər verir ki, ötən gecədən Lənkəran rayonuna yağan leysan xarakterli intensiv yağışlar daha çox şəhər ərazisinə, ara məhəllələrə ciddi ziyan vurub. Suötürücü və selötürücü kanallar sel suları ilə dolub. Suyun axarı olmadığından, sel suları ara məhəllərədəki həyətyani sahələrə və 2-ci mikrorayon ərazilərində binaların qarşısına daşıb. Binaların qarşısında yığılıb qalan sel sularına görə, sakinlər evlərinə girib-çıxmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, rayon ərazisində yağışlı hava şəraiti davam edir.
Xəlil Əliyev
