Şəmkirdə minik maşını aşıması zamanı xəsarət alanların kimlikləri məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alanlar Bərdə rayon sakinləri, 1995-ci il təvəllüdlü N.İsmayılova, 1995-ci il təvəllüdlü S.Bayramov, 1964-cü il təvəllüdlü C.Mirzəyeva, 2014-cü il təvəllüdlü M. Bayramzadə, 2016-cı il təvəllüdlü A.Bayramzadə və 2019-cu il təvəllüdlü Y Bayramzadədir.
Xatırladaq ki, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızı idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırmış, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş vermişdir.
Faktla bağlı araşdırma aparılır.
*** 22:11
Şəmkirdə avtomobil aşıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dürətli kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
