Xəbər verdiyimiz kimi, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov dünən Bakıda idman zalında infarktdan vəfat edib.

Müxbir: Ağarza Elçinoğlu

Foto: Turqut Sultan