Latviyanın müdafiə naziri Andris Spruds 7 mayda ölkəyə dronların hücumundan sonra istefa verib.

"Unikal" xəbər verir ki, müdafiə naziri mətbuat konfransında ölkə ordusunun "siyasi kampaniyaya cəlb olunmaması" üçün vəzifəsindən istefa vermək qərarına gəldiyini bildirib.

Nazir son dron hadisələrini "ciddi" adlandırıb və xarici PUA-ların Latviya vətəndaşlarının təhlükəsizliyini təhdid etməməli olduğunu deyib.

"Silahlı qüvvələr, milli müdafiə qabiliyyəti və insan təhlükəsizliyi istənilən nazir vəzifəsindən və ya istənilən tərəfin maraqlarından daha vacibdir", - deyə Spruds qeyd edib.