Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə söhbət edib.

Prezident İlham Əliyev: Orada hələ xəstəxana yoxdur, moduldur, orada işləyəcəksiniz?

Sakin: Bəli, modul tipli xəstəxana var, orada işləyirik. Üç ildir fəaliyyət göstəririk.

Prezident İlham Əliyev: Orada işləyirsiniz, çox yaxşı.

Sakin: Olar ikimiz də şəkil çəkdirək?

Prezident İlham Əliyev: Siz də həkimsiniz?

Sakin: Müəlliməm.

Prezident İlham Əliyev: Oxşayırsınız, bacısınız?

Sakin: Xeyr.