"Hərbi baxımdan İranın bərpası üçün 20 il vaxt lazımdır".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Full Measure" proqramına verdiyi müsahibədə bildirib.

Trampın sözlərinə görə, İran hərbi məğlubiyyətə uğrayıb.

"Onlar bunu anlamaya bilərlər, amma düşünürəm ki, bilirlər, çünki mən onlarla iş görürəm. Biz heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik, amma onlar hərbi məğlubiyyətə uğrayıblar. Onların nə donanması, nə hava qüvvələri, nə zenit silahları, nə radarları, nə də liderləri var, liderləri yoxdur", - deyə ABŞ prezidenti bildirib.

O, əlavə edib ki, ABŞ-nin "yerinə yetirmək istədiyi müəyyən məqsədləri var və onların təxminən 70%-nə nail olublar".