Seçki kampaniyası zamanı Nikol Paşinyan Ermənistanın Qarabağı itirmədiyini deyib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, çünki Qarabağ heç vaxt Ermənistanın olmayıb. 

"Deyirlər ki, torpaqlarımızı itirmişik. Bəs bu torpaqlar necə bizim idi? Onlar necə bizim idi? Zəhmət olmasa, izah edin: onlar necə bizim idi? Ölənlərin arxasında danışmaq istəmirəm, amma gəlin bunu belə deyək: onlar məsələn, orada buğda əkən bir neçə generalın nəzarəti altında idilər - elə deyilmi?

Onların bizim olması nə demək idi? Necə? İzah edin: bu necə idi. Orada məktəb tikmişikmi? Uşaq bağçası? Zavod? Orada yaşayırdıqmı? Qəsəbə yaratdıqmı? Qarabağın bizim olması nə demək idi? Qarabağ bizim deyildi", - deyə Paşinyan bildirib.