Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Karvan-Yevlax"ı sınağa çəkib. Tovuz şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz klubu 59 xalla 3-cü pillədə qərarlaşıb. I Liqaya düşməsi dəqiqləşən Yexlax təmsilçisi isə14 xalla sonuncu – 12-ci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.