Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasına yekun vurulub.
"Unikal" xəbər verir ki, Azərbaycanın yeniyetmə paralimpiyaçısı Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.
Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya Seriyasının bürünc medalına layiq görülüb.





.jpg)













.jpeg)

.jpeg)
































