Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Lənkəranda  böyük ehtiramla qeyd olunub.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir iştirakçıları sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgi ilə tanış olublar, Ümummilli Liderin adını daşıyan muzeyi ziyarət ediblər, Ulu Öndərin büstünün önünə tər güllər qoyublar.
Qeyd edək ki, Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü illiyinə həsr olunan silsilə tədbirlər təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və digər sahələrdə  fəaliyyət göstərən idarə və təşkilatlarda keçirilib, gün ərzində Ulu Öndərin abidəsi və Heydər Əliyev müzeyi sakinlər tərəfindən ziyarət olunub.