Yevlaxda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

"Unikal" xəbər verir ki, Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10.05.2026-cı il tarixində saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.

XXX

09:22

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.