2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin daha iki iştirakçısı bəlli olub.
"Unikal" xəbər verir ki, Almaniya Bundesliqasında 3-cü yeri təmin edən “RB Leyptsiq” və Türkiyə çempionu olan “Qalatasaray” turnirə vəsiqə qazanıb.
Hazırda Çempionlar Liqasının ümumi mərhələsində iştirakı dəqiqləşən 16 klub bunlardır:
“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “İnter”, “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Bavariya”, Dortmund “Borussiya”sı, “RB Leyptsiq”, PSJ, “Lans”, PSV, “Portu” və “Qalatasaray”.
Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsində ümumilikdə 36 komanda iştirak edəcək. Daha 7 vəsiqənin sahibi isə təsnifat mərhələsində müəyyənləşəcək.


















.jpeg)








.jpeg)






















