Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun başçılığı ilə RİH aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə inzibati binada Ümummilli Liderin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad edib.
“Unikal” xəbər verir ki, daha sonra aparatın kollektivi, həmçinin rayon bələdiyyəsinin, YAP-ın, MKTB-nin rəhbər heyəti və rayon ictimaiyyətinin fəalları Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Burada Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.
Yasamal rayon ictimaiyyəti Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə onun əziz xatirəsini dərin hörmətlə yad edib.



























.jpeg)








.jpeg)













