10 may 2026-cı il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə, Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında “2026-cı il Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Heydər Əliyev – Müasir Azərbaycanın memarı” mövzusunda möhtəşəm tədbir keçirildi.
"Unikal" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik isaqov, millət vəkilləri İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vurğuladı ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib:
“Heydər Əliyev ideyasının ən uğurlu və ən parlaq nümunəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsidir. Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi”. Qeyd olundu ki, Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın qüdrətini daha da artırıb. Tarixi Zəfər xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib.
Məruzə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış fenomen şəxsiyyətdir. O, Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrilərək xalqın qəlbində əbədi heykəl ucaltdığını qeyd edib. Qeyd olundu ki, ömrünün 40 ildən artıq dövrünü xalqına həsr edən dahi liderin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq arenada güclü dövlət kimi tanınır. O, həmçinin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində separatizmin son qoyulmasını dərin məmnunluqla ifadə edib.
Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxışında Heydər Əliyevin milli neft strategiyasının və ilk Konstitusiyanın qəbul edilməsinin ölkəmizin inkişafındakı müstəsna rolundan danışdı. O bildirdi ki, demokratik, hüquqi dövlət quruculuğu və nizami ordunun yaradılması Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətləridir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, ötən əsrin 90-cı illərində Azərbaycanın dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni anarxiyadan qurtararaq dayanıqlı inkişaf yoluna çıxarıb.
Tədbirdə həmçinin Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, əməkdar müəllim, tərəqqi medallı Ədalət Əsədov və 44 günlük Vətən müharibəsi qazisi Sənan Həsənov çıxış etdilər. Onlar Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadından, respublikamızın tərəqqisi üçün göstərdiyi fədakarlıqlardan bəhs edərək, müasir Azərbaycanın məhz onun həyat amalının təntənəsi olduğunu vurğuladılar.
Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edildi.
























.jpg)














.jpeg)

.jpeg)















