Göygöldə yol qəza olub.

Unikal-ın  məlumatına görə, hadisə Göygöl şəhərinin mərkəzi küçəsində baş verib. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Onlara yardım edilib, hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Avtomobilin işıq dirəyinə çırpılması zamanı xəsarət alanlar rayon sakinləri  2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərovdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, fakt araşdırılır.

Tural Əhmədov