Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Yuxarı Buzovna" qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

***

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvıəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.