Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.

"Unikal" Report-a istinadən xəbər verir ki, bu barədə aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.

O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında vəfat edib.