Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Vətən uğunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, Akademiyada şəhidlərimizin əziz xatirəsinə hazırlanmış lövhə qarşısına güllər düzülüb. Daha sonra anım tədbiri davam edib.