Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.
Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.













.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)



















