Xəbər verdiyimiz kimi Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Günaybank" İdarə Heyəti Sədrinin müavini vəzifəsini müvəqqəti icra edən Zaur Əhmədov qeyd edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində "GünaybankASC-nin əməkdaşı Emin Zeynalovun bankın əmanətçilərinin vəsaitlərini mənimsəyərək ölkədən qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır:
"Emin Zeynalov artıq iyun ayının 5-dən etibarən "Günaybank"dan işdən çıxıb.O, məsələnin banka heç bir aidiyyatı yoxdur.Yaranan problem Emin Zeynalovun şəxsi biznesi ilə bağlıdır.Bankdan heç bir qəpik də pul kənara çıxarmayıb.Yayılan informasiya yalandır, həqiqəti əks etdirmir.





















































.jpg)
.jpg)


