Türkiyədə restorana silahlı hücum olub.

"Unikal" yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Mersin vilayətinin Tarsus rayonunda baş verib.

Belə ki, silahlı hücum nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yaralıların sayının arta biləcəyi bildirilib.