6 illik fasilədən sonra 26 may tarixindən etibarən Bakı-Tbilisi qatarı gündəlik xidmətini bərpa edəcək.
"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündən sonra verilib.
Belə ki, səfər çərçivəsində İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Protokola əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsi tam istifadəyə veriləcək.
"Biz həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı razılığa gəldik. Bütün detallar razılaşdırılıb və dəmir yolunun bu hissəsi çox tezliklə istifadəyə veriləcək. Gürcüstan Dəmir Yolları istismarı təmin edəcək. Azərbaycan tərəfi ilə birgə müəssisə yaradılacaq", - deyə İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib.
Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında elektrik enerjisi təchizatı və tranzit trafikinin əsas şərtləri haqqında 20 illik hökumətlərarası saziş də imzalanıb. 2003-cü ildə Azərbaycandan qaz alqı-satqısı müqaviləsi 20 il müddətinə uzadılıb.
Ağarza Elçinoğlu













.jpg)













.webp)























