Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, adıçəkilən təhsil mərkəzinin direktoru vəzifəsinə Ramil Əmənov təyinat alıb.

Qeyd edək ki, R.Əmənov bu təyinatadək Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Murad İbrahimli