İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İran milli komandasına qarşıdan gələn Dünya Kubokunda iştirakla bağlı zəmanət verdiyini bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
"İki gün əvvəl Türkiyədə İran Futbol Federasiyasının nümayəndələri ilə FIFA-nın yüksək vəzifəli rəsmiləri arasında görüş keçirildi və bizə FİFA-nın ev sahibi ölkələrin standartlara uyğunluğunu təmin etmək üçün hər cür səy göstərəcəyinə dair zəmanət verildi", - deyə Bəqayi bildirib.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Özbəkistanla 2-2 hesablı heç-heçədən sonra 2026-cı il Dünya Kubokuna vəsiqə qazanıb və milli komandanın Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacağı G qrupuna düşüb. Hər üç oyunun ABŞ-də keçirilməsi planlaşdırılır.



















































