"Atletiko"nun hücumçusu Antuan Qrizmann klub azarkeşləri ilə vidalaşıb.

"Unikal" xəbər verir ki, 35 yaşlı futbolçu 2019-2022-ci illərdə "Barselona"da oynadığına görə üzr istəyib. Daha əvvəl 35 yaşlı futbolçunun cari mövsümün sonunda "Atletiko"dan ayrılacağı və karyerasını MLS klubu "Orlando Siti"də davam etdirəcəyi açıqlanmışdı.

Qrizmann deyib: "Əvvəla, buraya gəldiyiniz üçün təşəkkür edirəm. Bu, mənim üçün çox şey ifadə edir. Bəzi azarkeşlərin hələ də məni bağışlamadığını bilirəm, amma yenidən üzr istəmək istəyirəm. "Atletiko"da oynamağın nə qədər dəyərli olduğumu anlamamışdım. Gənc idim, səhv etdim, sonra fikrimi dəyişdim və geri qayıtmaq və o hissləri yenidən yaşamaq üçün əlimizdən gələni etdik".

Qrizmann 2014-cü ildən 2019-cu ilə qədər "Atletiko"da klubunda oynayıb. Fransalı hücumçu "Atletiko" ilə Avropa Liqasını, UEFA Super Kubokunu və İspaniya Super Kubokunu qazanıb.