Amerikalı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru İlon Mask "X" sosial hesabında paylaşımı ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, Mask "Woke Mind virusu oğlumu öldürdü" başlıqlı paylaşımı mübahisəyə səbəb olub.

Maskın paylaşımı qısa müddətdə milyonlarla baxış toplayıb. Bəzi istifadəçilər milyarderin bu paylaşımını təxribat xarakterli olduğunu iddia ediblər. 

Qeyd olunur ki, bu paylaşım, Maskın transgender kimliyi ilə tanınan qızı Vivian Jenna Wilson ilə uzun müddətdir davam edən gərginliyinə istinad kimi şərh edilib. Vivian Wilson əvvəllər Xavier Mask kimi tanınırdı.

Mask uzun müddətdir ki,  "Woke Mind virusu" termini istifadə edərək mütərəqqi ideologiyaları tənqid edir. Maska görə, bu ideologiya kimlik siyasətini, senzuranı, sosial zülmü və ideoloji uyğunluğu təşviq edir.

O, həmçinin bəzi aktivist qruplarının, qurumların və akademik dairələrin mədəni mesajlar vasitəsilə gender ideologiyasını yaydığını iddia edir.