İspaniya Ali Məhkəməsi kolumbiyalı müğənni Şakiraya vergi fırıldaqçılığı ittihamları üzrə bəraət verib.
"Unikal" xarici mətbuata istinadən xəbər ki, məhkəmə ulduza bəraət qazandırıb və Maliyyə Nazirliyinə ödədiyi 69,8 milyon dollardan çox cəriməni, eləcə də faizləri geri qaytarmağı tapşırıb.
Müğənni 2012-2014-cü illər arasında İspaniya xəzinəsinə 14,5 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.
2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiranın vergidən yayınma ittihamı ilə səkkiz il iki ay həbs cəzasına məhkum edilməsini və 23 milyon avro cərimə olunmasını tələb edib. Lakin müğənni İspaniya hakimiyyətinə heç bir borcu olmadığını iddia edib.



















































