Goranboyda yük maşını piyadanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndində ərazisində keçən hissəsində baş verib.
Hərəkətdə olan yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov





















































