Pakistan tərəfindən ABŞ nümayəndələrinə çatdırılan Tehranın yeni münaqişələrin həlli təklifi 14 bənddən ibarətdir.
"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi yazıb.
Məlumata görə, mətndə vurğu hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirlərinə yönəlib.
Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi Pakistan tərəfinin ABŞ nümayəndələrinə münaqişəyə son qoymaq üçün yenidən işlənmiş İran təklifini təqdim etdiyini bildirmişdi.
Agentliyin qeyd etdiyi kimi, əsas diqqət hərbi əməliyyatlara son qoymaq və etimad tədbirlərinə yönəlib.
Gülayə Mecid




















































