Kiyev vilayətində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin “Mejiqorye” adlı keçmiş iqamətgahının əsas görməli yerlərindən biri olan məşhur “Qalleon” gəmi-restoranı batıb.
"Unikal" xəbər verir ki, hadisənin görüntülərini Ukraynanın UNIAN informasiya agentliyi öz "Telegram" kanalında yayımlayıb.
Videodan görünür ki, gəmi faktiki olaraq yarısınadək suya qərq olub. Su artıq üzən restoranın aşağı qapı və pəncərələrinin səviyyəsinə qədər qalxıb. Restoranın hansı səbəbdən batdığı isə açıqlanmayıb.
Kiyev vilayətində yerləşən “Mejiqorye” iqamətgahı 2007-ci ilə qədər dövlətin balansında olub. Daha sonra isə istintaqın versiyasına görə qanun pozuntusu ilə Yanukoviçin mülkiyyətinə verilib.
2018-ci ildə Kiyev məhkəməsi iqamətgahın ərazisini aktivlərin qaytarılması agentliyinin idarəsinə verib. 2023-cü ildə “Mejiqorye”yə rəsmi olaraq ümumdövlət əhəmiyyətli bağ-park sənəti abidəsi statusu verilib, bir il sonra isə ərazi turistlərin üzünə açılıb








.webp)








































