"Gürcüstan və Azərbaycan elektrik enerjisi və Bakı-Supsa boru kəməri ilə bağlı mühüm müqavilələr imzalayıblar".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

"Elektrik enerjisinin həm idxalı, həm də tranziti ilə bağlı çox vacib bir müqavilə imzalanıb. Bundan əlavə, Bakı-Supsa boru kəməri ilə bağlı müqavilə imzalanıb. Bu boru kəməri son üç ildir ki, fəaliyyət göstərmir və ölkə potensial gəlirlərini əldən verir. İndi Azərbaycan tərəfi ilə birlikdə onun istifadəyə verilməsini təmin edəcəyik. Boru kəməri Azərbaycanla əməkdaşlıqda səmərəli fəaliyyət göstərəcək və ölkə hər il on milyonlarla gəlir əldə etməyə başlayacaq", - deyə İrakli Kobaxidze bildirib.

Nuranə Abbasova