Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

"Unikal" xəbər verir ki, Elvin Hacıyev Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsinə gətirilib.

O, bu təyinata qədər həmin bölmədə baş inspektor vəzifəsində fəaliyyət göstərib.