Mövsüm finalına hazırlaşan A.B.İ serialında ayrılıq yaşanıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  baş rolda  "Vəkil Çağla"nı canlandıran aktrisa Afra Saraçoğlu serialı tərk edir. 

Bildirilir ki, onun vida səhnəsi ötən gün çəkilib. Saraçoğlu 17-ci bölümün son səhnəsində aktyor heyəti ilə vidalaşacaq.

OGM Pictures şirkətinin istehsal etdiyi serial 23 iyun tarixində mövsüm finalına çıxacaq.