"Şəhərlərimizin gələcəyində vətəndaşlarımızın daha rahat bir həyat sürməsini təmin etmək üçün Bakıda ikitərəfli danışıqlar aparırıq".

Bunu "Unikal"a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Nazir belə gözəl bir layihəyə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib: "Və buradan bütün azərbaycanlı dostlarımıza hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını və hörmətlərini çatdırırıq.

Azərbaycanla münasibətlərimizi gücləndirmək və strateji əlaqələrimizi daha da inkişaf etdirmək əzmimizi nümayiş etdirməyə davam edəcəyik.

Bölgəmizdə iki güclü dövlət olmaq istəyirik. Bölgəmizdə sülhün hökm sürdüyü bir dünya üçün birlikdə mübarizə aparmaq istəyirik.

Bildiyiniz kimi, bu il Türkiyə COP31-ə sədrliyi öz üzərinə götürüb. Noyabr ayında Antalyada keçiriləcək tədbirdə 100.000-dən çox qonağımız olacaq. Bu danışıqları 196 ölkənin iştirakı ilə dialoq, konsensus və fəaliyyət əsasında qurduğumuz COP31 çərçivəsində davam etdiririk. Bu barədə də burada danışıqlar apardıq".

Ağarza Elçinoğlu