"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqlayıb.
Ağdam təmsilçisindən "Unikal"a verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.
Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.
Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.












.jpg)
.jpg)













.webp)























