“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Kann Film Festivalına qatılıb. 

"Unikal" xəbər verir ki, o, festivaldan fotoları sosial şəbəkə hesablarında paylaşıb. Ü.Mahmudova “Vivienne Westwood”dan qırmızı vintaj libas və “Bvlgari”dən zinət əşyaları, çantadan istifadə edib. 

Qeyd edək ki, Ülviyyə Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.