Türkiyənin Tokat əyalətində təxminən 5000 sakin ürəkbulanma və ishal kimi oxşar şikayətlərlə tibbi yardıma müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə əyalət qubernatoru Abdullah Keklu məlumat yayıb.
Onun sözlərinə görə, təxminən 70 nəfər xəstəxanaya yerləşdirilib.
Əyalət hakimiyyəti bildirib ki, cümə günündən bəri inzibati mərkəzdə vətəndaşlar ürəkbulanma və qusma, mədə ağrısı və ishaldan kütləvi şəkildə şikayətlənirlər.
"Cümə günündən bəri əyalətdə müəyyən bir infeksiya aşkarlanıb. Bu gün Tokat Xəstəxanasında yatmış xəstələri ziyarət etdim. Hazırda təxminən 5000 tibbi müayinə almışıq, onlardan təxminən 70-i xəstəxanaya yerləşdirilib, 40-ı artıq evə buraxılıb, daha 30-u isə xəstəxanada qalır. Həyati təhlükəsi olan bir vəziyyət yoxdur", - deyə qubernator jurnalistlərə bildirib.
Keklu bildirib ki, səlahiyyətlilər içməli su nümunələrini Ankaradakı Səhiyyə Nazirliyinə göndəriblər.
"İnfeksiyanın mənbəyinin su olmadığını təsdiqləmək istəyirik. Bu məsələ ilə bağlı sabah və ya çərşənbə axşamı səhərə qədər məlumatımız olacaq, amma o vaxta qədər vətəndaşlara yemək və içki ilə bağlı daha diqqətli olmağı tövsiyə edirik", - Keklu qeyd edib.
































.jpg)


.jpg)















.jpg)

