Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də Bakıda Liderlər Sammiti keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Keniya Prezidenti Uillyam Samoei Ruto, Serbiya Prezidenti Aleksandar Vuçiç, Bolqarıstan Prezidenti İliyana Yotova, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Kambocanın Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniyanın Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif çıxış ediblər.
Onlar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsini, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, bu tədbirin mühüm əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, mayın 17-22-də Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakı şəhərində keçirilir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.
*** 17:41
WUF13 çərçivəsində keçirilən Liderlər sessiyası başa çatıb.
"Unikal" xəbər verir ki, sessiyada müxtəlif ölkələrin hökumət və dövlət başçıları çıxış edib.
Sessiyanın yekununda Anar Quliyev bildirib ki, Bakının bu tarixi Liderlər sessiyasına ev sahibliyi etməsi şəhərsalma sahəsində beynəlxalq dialoq üçün mühüm platforma yaradıb.
“Bugünkü Liderlər sessiyası şəhərlərin və urban inkişafın qlobal gündəlikdə artan əhəmiyyətini və ən yüksək siyasi səviyyədə dialoqun dəyərini nümayiş etdirdi”, - o vurğulayıb.




























.jpg)
.jpg)






















