ABŞ və İsrailin bombardmanları zamanı İranın ali rəhbəri Müctəba Xameneinin aldığı xəsarətlər onun xarici görünüşünü eybəcər hala salmayıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur məlumat verib.
Bundan əlavə, məlumatda qeyd olunur ki, Xameneinin xəsarətləri hər hansı bir bədən üzvünün amputasiyasına və ya əlilliyə səbəb olmayıb:
"Ali rəhbərin aldığı travmalar onun üzünün və ya ümumilikdə xarici görünüşünün eybəcərləşməsi ilə nəticələnəcək xarakterdə deyil". Xatırladaq ki, bir müddət əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, Tehranın mərkəzindəki iqamətgaha endirilən zərbədən sonra 56 yaşlı Xameneyinin üzü tanınmaz hala düşüb, həmçinin hər iki ayağı ciddi zədələnib.






































.jpg)
.jpg)














