İngiltərə Premyer Liqasında 37-ci turun daha bir oyunu keçirilib. 

"Unikal" xəbər verir ki, lider “Arsenal” öz meydanında “Bernli”ni qəbul edib. Matç “topçular”ın qələbəsi ilə yekunlaşıb.

“Arsenal” - “Bernli” - 1:0
Qol: Havertz, 37

Bu qələbə sayəsində London klubu çempionluğa bir addım da yaxınlaşıb. Xallarının sayını 82-ə çatdıran “Arsenal” hazırda ən yaxın izləyicisi “Mançester Siti”ni 5 xal qabaqlayır. Lakin Mançester klubu bir oyun az keçirib. “Mançester Siti” sabah “Bornmut”la matçda qalib gələ bilməsə, “topçular” çempionluğunu rəsmiləşdirəcək.