San-Dieqoda məsciddə baş vermiş atışmada azı 5 nəfər həyatını itirib.
"Unikal"ın məlumatına görə, Federal Təhqiqatlar Bürosu 2 yeniyetmə şübhəlinin öldüyünü təsdiqləyib. Onların öz silahlarından açdıqları atəş nəticəsində öldüyü bildirilir.
Rəsmilər, həmçinin hücumda azı 3 nəfərin öldürüldüyünü açıqlayıblar.
Ağ Ev hadisə ilə bağlı Prezident Donald Trampın məlumatlandırıldığını bildirib.
*** 00:31
ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib.
"Unikal" xəbər verir ki hadisə zamanı bir nəfərin öldüyü bildirilir. San-Dieqo Polis Departamenti vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb.
İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.
Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir.






































.jpg)
.jpg)














