ANAMA-nın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən sentyabrın 1-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli,Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 644 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3476 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2, bir "OZM-72 və tank əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib.
Qrad raketinin qalıqları aşkarlandı - Ağdamda
22:50 01-09-2016
CƏMİYYƏT
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 1-də bir ev və həyətyanı sahəyə, bir partlayış yerinə baxış keçiriblər. Ağdam rayonunun Əfətli kəndində partlamış qrad raketinin (9M22U) qalıqları aşkarlanaraq götürülüb. Gün ərzində yoxlanılan ərazi 2 min 500 kvadratmetr təşkil edib.
Digər Xəbərlər
2026-05-01 23:46:32
2026-05-01 23:30:51
2026-05-01 22:49:32
2026-05-01 22:34:18
2026-05-01 21:30:55
2026-05-01 21:22:01
2026-05-01 21:11:25
2026-05-01 20:58:33
2026-05-01 20:40:45
2026-05-01 20:19:30
2026-05-01 19:57:02
2026-05-01 19:19:37
2026-05-01 19:14:39
2026-05-01 18:55:59
2026-05-01 18:32:42
2026-05-01 18:04:31
2026-05-01 17:52:11
2026-05-01 17:50:18
