Britaniya şahzadəsi Harri (tam adı Henri Çarlz Albert Devid) Rusiya ilə müharibədə döyüşmək üçün orduya qayıdacağını bildirib.
"Unikal" xəbər verir ki, şahzadə bu açıqlamanı "Telegraph" qəzetinə verdiyi müsahibədə verib.
O, yenidən silahlı qüvvələrdə xidmət etməyə hazır olduğunu bildirib və Rusiyadan gələn iddia edilən "təhdidə" britaniyalıların "əsəbi olmalı" olduğunu vurğulayıb. Şahzadə Harrinin sözlərinə görə, Böyük Britaniya son on ildə Rusiya ilə münaqişədədir.
"Sadəcə dronlar, güllələr və raketlərlə vurulmamağımız müharibədə olmadığımız anlamına gəlmir. Əgər məni yenidən hərbi xidmətə çağırsalar, ehtiyac yaranarsa, 100% veteran yoldaşlarım və hərbçilərimlə birlikdə ölkəmə xidmət edərdim", - deyə o qeyd edib.
Harrinin sözlərinə görə, Avropa Rusiyadan gələn "təhdidi" anlayıb. Bununla belə, o, qitənin "özünə qarşı çıxacağından" narahatlığını ifadə edib. O həmçinin avropalıları Ukraynaya dəstəyini "ikiqat artırmağa" çağırıb.




.jpg)

.jpg)









.jpg)




.jpg)





























