Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.

TƏBİB-dən "Unikal"a bildirilib ki, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.

Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digərinin isə bacısı oğlu 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu olduğu bilirilir.

*** 20:03

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.