Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan xüsusi çanta da özü ilə aparılıb.

"Unikal" xəbər verir ki, Putini müşayiət edən adyutant çantanın nüvə qüvvələrinin idarəetmə sisteminə aid olduğunu təsdiqləyib.

Çinin Şençjen şəhərinə səfəri zamanı bir müxbir prezidentin köməkçisinin əlində qara çanta tutduğunu görüb. O bunun həqiqətən strateji silahlara nəzarət cihazı olub-olmadığını soruşub. Köməkçi "Bəli, həmin çantadır", - deyə cavab verib.

“Çeqet” adlanan çanta nüvə silahından istifadə ilə bağlı əmrlərin ötürülməsini təmin edən sistemin bir hissəsidir.

Qeyd edək ki, Putin 2023-cü ildə də Çinə səfəri zamanı nüvə çantasını özü ilə aparmışdı.