18 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev ədliyyə orqanlarının dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunun aliliyinin təmin edilməsində və insan hüquqlarının müdafiəsində mühüm rol oynadığını vurğuladı. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il tarixli 11 noyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar günün ədliyyə işçilərinə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən müasir islahatlar, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup ədliyyə əməkdaşına Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim olundu. Əməkdaşlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulandı.








.jpg)








































