Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar arasında çıxış etməklə bağlı fikir ayrılığı yaranıb.

"Unikal" xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsiz səsə qoyulmasını təklif edib.

"Ekranda adı olan kolleqalar etiraz etməsələr, bu layihəni müzakirəsiz qəbul edək, ikinci oxunuşda ayrı-ayrı təklifləri vermək olar", - deyə Z.Oruc bildirib. Lakin deputat Hikmət Məmmədov çıxış üçün sədrdən söz istəyib:

"Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız, adlarını birinci görməyəndə narahat olur və stress keçirirlər. Məncə bu doğru deyil. Sizə deyirəm, Zahid müəllim!”

Anar Kəlbiyev