Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəda bir nəfər dəm qazından boğularaq ölüb.

"Unikal" xəbər verir ki, Cəlilabad rayon sakini, 1968-ci il təvəllüdlü Zakir Əsəd oğlu Kərimovun meyiti dostunun evində, hamam otağında aşkar edilib.

Onun çimərkən dəm qazından boğulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.